Azərbaycan derbisini kim idarə edəcək?

Azərbaycan derbisini kim idarə edəcək?
Topaz Premyer Liqasının VI turunun oyun cədvəli və bütün təyinatları açıqlanıb. Fanat.az хəbər verir ki, ilk oyun günündə baş tutacaq "İnter" - "Kəpəz" oyununu Raufx Cabbarov, "Rəvan" - "Qəbələ" görüşünü Elvin Əsgərov idarə edəcək.
İkinci oyun günündə keçiriləcək "Sumqayıt" - AZAL matçı FIFA referisi Rəhim Həsənova tapşırılıb. Hansı stadionda keçiriləcəyi və saat neçədə başlayacağı hələ bilinməyən "Qarabağ" - "Neftçi" görüşünü sabiq FIFA referisi Fariz Yusifov idarə edəcək.
Sonuncu oyun günündə baş tutacaq "Xəzər Lənkəran" - "Zirə" görüşündə isə İnqilab Məmmədov fit çalacaq.
25 sentyabr
İnter - Kəpəz
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Vüsal Əliyev.
“İnter Arena”. Saat 19.00.
Rəvan - Qəbələ
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Rahil Ramazanov, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Murad Məmmədov.
"Bayıl Arena". Saat 20.00.
26 sentyabr
Qarabağ - Neftçi
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Knyaz Əmiraslanov.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Gülağa Cabbarov.
Sumqayıt - AZAL
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Vüsal Qənbərov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
"Kapital Bank Arena". Saat 19.00.
27 sentyabr
Xəzər Lənkəran - Zirə
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
“Xəzər Lənkəran” mərkəzi stadionu. Saat 21.00.
Qeyd: "Qarabağ" - "Neftçi" görüşünün yeri və vaxtı dəqiqləşdikdən sonra bu barədə məlumat veriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər