Əliyar Ağayev Çempionlar Liqasında

Əliyar Ağayev Çempionlar Liqasında

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat alıb. Fanat.Az xəbər verir ki, təmsilçimiz turnirin II təsnifat mərhələsinin cavab matçında - “Rusenborq” (Norveç) - “Dandalk” (İrlandiya) oyununda iş başında olacaq.

 

Ağayevə yan xətdə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi isə Orxan Məmmədov olacaq.

 

Həmin görüşün UEFA nümayəndəsi isveçli Kristel Brorson, hakim inspektoru isə ingilis Peter Cons təyin olunub. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər