AZAL-ın sabiq üzvü "İnter"dən danışdı

AZAL-ın sabiq üzvü "İnter"dən danışdı
"İlk oyun yaxşı olmalıdı. Biz topa daha çox nəzarət etməyə çalışacağıq, daha çox hücum etməyə cəhd göstərəcəyik". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in Avropa Liqasındakı rəqibi "Tiraspol"un hücumçusu Georgi Boqyu deyib.
AZAL-ın sabiq üzvü sabahkı oyunla bağlı fikirlərini bildirib: "İlk oyunu evdə keçiririk. Bunun üçün də müsbət nəticəyə nail olmalıyıq". 
Boqyu Azərbaycan və Moldova futbol bağlı danışıb: "Azərbaycan və Moldova futbolunun çox fərqləndiyini deməzdim. Hər bir çempionatda müxtəlif komandalar var. Bildiyim qədərilə, "İnter" daha çox müdafiədən oynayır. Bu komandanın nə dərəcədə dəyişdiyini deyə bilmərəm. Çünki onların heyətini analiz etməmişəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər