Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutan cavab oyunlarının rəmzi komandası müəyyənləşib. Fanat.az xəbər verir ki, ən yaxşı "11-lik"də 4 komandanın oyunları yer alıb.
Belə ki, "Borussiya" (Dortmund), "Bavariya" və "Atletiko"nun 3, "Çelsi"nin 2 üzvü rəmzi komandaya düşüb. Bu mərhələdə uduzan "Real", PSJ, "Barselona" və "Mançester Yunayted"in üzvləri fərqlənməyib.
Qapıçı: Roman Veydenfeller (Borussiya D, Almaniya).
Müdafiəçilər: Filip Lam (Bavariya, Almaniya), Dante (Bavariya, Almaniya), Hari Kahill (Çelsi, İngiltərə), Filipe Luis (Atletiko, İspaniya).
Yarımmüdafiəçilər: Miloş Jojiç (Borussiya D, Almaniya), Marko Reus (Borussiya D, Almaniya), Koke (Atletiko, İspaniya), Aryen Robben (Bavariya, Almaniya), Andre Şkürrle (Çelsi, İngiltərə).
Hücumçu: David Vilya (Atletiko, İspaniya).
Fanat.az