Sumqayıtda başlayacaq, mərkəzi arenada bitəcək

Sumqayıtda başlayacaq, mərkəzi arenada bitəcək
Həftəsonu Topaz Premyer Liqasında sonuncu - dördüncü dövrəyə start veriləcək. Fanat.az xəbər verir ki, 28-ci turun oyunları üç gündə keçiriləcək.
Tura martın 28-ci start veriləcək. Həmin gün baş tutacaq yeganə qarşılaşma - "Sumqayıt" - AZAL matçı saat 15.00-da start götürəcək.
Şənbə günü iki qarşılaşma baş tutacaq. Saat 15.00-da "Bakı" - "Simurq", bundan iki saat sonra "Böyük oyun" - "Neftçi" - "Xəzər Lənkəran" görüşü başlayacaq.
Tura martın 30-da yekun vurulacaq. Həmin gün saat 17.00-da “İnter” - “Rəvan”, bir saat sonra “Qarabağ” - “Qəbələ” oyununa start veriləcək.
28 mart
Sumqayıt - AZAL
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 15.00.
29 mart
Bakı - Simurq
"Bakı"nın təlim-məşq bazasının stadionu. Saat 15.00.
Neftçi - Xəzər Lənkəran
"Bakcell Arena". Saat 17.00.
30 mart
İnter - Rəvan
"Şəfa" stadionu. Saat 17.00.
Qarabağ - Qəbələ
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18.00.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər