Antalyada təlim-məşq toplanışında olan "İnter" bu gün sonuncu - altıncı yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze yetirmələrini Almaniyanın "Arminiya" klubu ilə oyunda sınayıb.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Hesabı 17-ci dəqiqədə Vaqif Cavadov açıb. Daha sonra almanlar 2 qol vuraraq hesabda önə keçib. 87-ci dəqiqədə isə Baçana Tsxadadze penaltini dəqiqə yerinə yetirərək bərabərliyi təmin edib. Bununla da "İnter" toplanışı heç-heçə ilə başa vurub.
"Arminiya" klubu 1905-ci ildə yaradılıb. Bielefeld təmsilçisi 2004-2009-cu illərdə birinci Bundesliqada çıxış edib. Komanda tarixi ərzində bütün uğurlarını aşağı liqalarda qazanıb. Heyətində Qana, Hollandiya, Polşa və İsraildən legionerlər olan "Arminiya" hazırda ikinci Bundesliqada mübarizə aparır. Stefan Kramerin başçılıq etdiyi komanda qış fasiləsinə 15-ci pillədə yollanıb.
Qeyd edək ki, "İnter" bundan əvvəl Antalyada "NWC Astern" (Hollandiya, 8:0), "Holşteyn" (Almaniya, 0:3), "Aktobe" (Qazaxıstna, 1:1), "Karl Zeyts Jena" (Almaniya, 2:0), "Uniao" (Braziliya, 3:1) klubları ilə qarşılaşıb.
Yoxlama oyunu
25 yanvar
İnter (Azərbaycan) - Arminiya (Almaniya) 2:2
Qollar: Vaqif Cavadov, 17. Baçana Tsxadadze, 87-pen.
İnter: Georgi Lomaya, Laşa Salukvadze, Arif Daşdəmirov, Brüs Abdulaye, Ruslan Əmircanov, Yohan Bokaqnino, Abdulla Abatsiyev, Vaqif Cavadov, Derlis Meza Kolli, Baçana Tsxadadze, Aleksandr İaşvili.
Fanat.az