Türkiyədə təlim-məşq toplanışına başlayan "İnter"in daha bir rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze yetirmələrini Almaniyanın "Arminiya" klubu ilə oyunda sınayacaq.
Bielefeld təmsilçisi ilə oyun yanvarın 12-də baş tutacaq. Ötən mövsüm II Bundesliqaya vəsiqə qazanan komanda cari mövsümün ilk yarısını 21 xalla 15-ci pillədə başa vurub.
Qeyd edək ki, "İnter" yanvarın 15-də başqa bir alman klubu - "Holştayn"la qarşılaşacaq. Bu komanda III Bundesliqanın ilk yarısını 24 xalla 17-ci yerdə bitirib.
"İnter" Türkiyədə ümumilikdə 5 matç keçirəcək. Qalan 3 rəqib yaxın günlərdə müəyyənləşəcək.
Fanat.az