Rusiyanın "Zenit" klubunun gənclərdən ibarət komandası Çempionlar Liqasında növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi "Portu"nun qonağı olub.
Oyun 2:2 hesabı ilə başa çatıb. "Zenit"in şərəfini qoruyan 19 yaşadək futbolçulardan ibarət millimizin üzvü Elvin Bədəlov Portuqaliyaya aparılsa da, meydana çıxmayıb. Baş məşqçi onu sonadək ehtiyat oyunçular skamyasında saxlayıb.
Fanat.az