20 yaşlı futbolçu "Milan"da - RƏSMİ

20 yaşlı futbolçu "Milan"da - RƏSMİ
"Milan" "Breşia"nın yarımmüdafiəçisi Sandro Tonalini icarəyə götürüb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi İtaliya millisində 3 oyun keçirmiş 20 yaşlı Tonaliyə görə 10 milyon avro xərcləyib. 
Tərəflər arasındakı razılaşmaya əsasən "qırmızı-qaralar" daha 15 milyon avro ödəyərək sözügedən futbolçuya sahib çıxa bilərlər. Bundan başqa, oyunçu gələcəkdə başqa kluba satılacağı halda, satışdan gələn gəlirin 10 faizi "Breşia"ya veriləcək.
2019/20 mövsümündə bütün turnirlər daxil olmaqla, "Breşia" formasıyla  36 oyuna çıxan Sandro 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər