20 dövlət başçısı Bakıya gələcək

20 dövlət başçısı Bakıya gələcək
Bu ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarında 20-yə yaxın dövlət başçısı iştirak edəcək. Anspress "Euronews"a istinadla xəbər verir ki, bu barədə bu gün Moskvada “Bakı-2015” I Avropa Oyunlarına həsr olunan mətbuat konfransı keçirən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib. 
Bu günki məlumata görə, artıq Lüksemburq hersoqu, Monako knyazı II Albert Bakıdakı mərasimlərdə iştiraklarını təsdiqləyiblər. O, deyib ki, Bakıda keçiriləcək oyunlarda 50 Avropa ölkəsindən idmançılar iştirak edəcək. 
Rusiya paytaxtında "Bakı 2015"-in təqdimatı Azərbaycan həftəsi çərcivəsində keçirilir. Nazir qeyd edib ki, dünyadakı iqtisadi böhrana baxmayaraq oyunlara hazırlıq plan üzrə gedir. 
Onun sözlərinə görə, Bakıda jurnalistlər üçün ayrıca mətbuat kəndi təşkil ediləcək. Hətta jurnalistlərin qidalanması üçün ayrıca mətbəxdə quraşdırlıb: "Qiymət ucuz, yemək isə dadlı olacaq". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər