2 oğlu olan azərbaycanlı xanım meyxanaçıya türk futbolçu elçi düşdü

2 oğlu olan azərbaycanlı xanım meyxanaçıya türk futbolçu elçi düşdü

Son günlər internetdə ən çox dinlənilənlər arasında olan meyxanaçı Mətişə evlilik təklifi gəlib. Fanat.Az xəbər verir ki, bu barədə meyxanaçı lent.az-a açıqlamasında deyib. 

O bildirib ki, təklifə müsbət yanaşmayıb: "Bu yaxınlarda türkiyəli futbolçudan evlilik təklifi aldım. Hətta elçi də gəldi. Amma iki oğluma görə bu təklifə müsbət cavab vermədim. O futbolçunun adını açıqlamaq istəmirəm. Çünki deyəcəklər ki, Mətiş özünü  onunla reklam edir. Evlilik təklifi çox alıram, amma bunu heç zaman dəyərləndirməyəcəm”.

 

Qeyd edək ki, xanım meyxanaçı ötən ay Lent.az-a açıqlamasında uğursuz evliliyindən danışaraq bildirmişdi ki, həyat yoldaşından ayrılandan sonra sənətə gəlib.

 

Qeyd edək ki, Mətiş Naxçıvanlı yeganə meyxana deyən xanımıdır. Onun 9 və 6 yaşında iki oğlu var. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər