16 yaşlı israilli boksçu Bakıda xəstəxanalıq oldu

16 yaşlı israilli boksçu Bakıda xəstəxanalıq oldu

Bakıda Abbas Ağalarovun xatirəsinə keçirilmiş beynəlxalq turnirdə İsrail yığmasının boksçusu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

69 kq çəkidə çıxış edən 16 yaşlı Deresh Pablo döyüş zamanı zədələnib. O, ötən gün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Federasiyanın baş katibi Nağı Səfərov açıqlamasında idmançının xəsarət alaraq xəstəxanaya yerləşdirilməsini təsdiqləyib. O bildirib ki, D.Pablo xəstəxanada tibbi müayindən keçib, tomoqrafiya olunub. Tibbi müayinədən sonra D.Pablo komandanın məskunlaşıdığı otelə yola salınıb. N.Səfərov İsrail yığmasının bu axşam Azərbaycanı tərk edəcəyini də vurğulayıb.(Report)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər