150 dəqiqəlik intervalla...

150 dəqiqəlik intervalla...

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ”la Avstriyanın "Zalsburq” klubu arasında baş tutacaq görüşün oyunöncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib. Fanat.az xəbər verir ki, hər iki klubun baş məşqçiləri KİV təmsilçiləri qarşısına bu gün çıxacaqlar.

Qurban Qurbanovun mətbuat konfransı saat 20:00-da başlayacaq.

Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında Avstriya təmsilçisinin baş məşqçisi Adolf Hütter isə 22:30-da mətbuat nümayəndələrinin suallarını cavablandıracaq.

 

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ” – "Zalsburq” oyunu saat 20:30-da start götürəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər