AFFA Renat Dadaşova 1 milyon dollar və ev verilməsi barədə "Bild" qəzetinin iddiasına reaksiya verib. Fanat.Az xəbər verir ki, qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bununla bağlı haqqin.az-a danışıb: "Qəribədi ki, bu xəbər Azərbaycan və Almaniya yığmaları arasında keçiriləcək matç ərəfəsində dərc edilib, hərçənd Renat Dadaşovun Azərbaycanı dəstəkləməyə razılıq verdiyi bir neçə ay əvvəl elan edilmişdi. Həmçinin xatırlatmaq istəyirəm ki, bir müddət əvvəl AFFA-nın növbəti konfransı keçirilib və orada Assosiasiyanın xərcləri və gəlirləri elan edilib. Yəni hamı AFFA-nın vəsaitlərinin hara xərcləndiyinə əmin olmaq imkanına malik idi".Qeyd edək ki, Renat Dadaşov sabah keçiriləcək Azərbaycan - Almaniya matçında millimizin heyətində debüt edə bilər.Fanat.Az
1 milyonluq iddiaya AFFA-dan REAKSİYA
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
DİGƏR
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
DİGƏR
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"
DİGƏR
19:48
02.10.2026
"Marafon" "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
DİGƏR
20:19
30.09.2026
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazandılar