Polşa çempionatının lideri “Yagelloniya” futbolçusu Konstantin Vasilyev karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.Az xəbər verir ki, eston yarımmüdafiəçiyə ölkəmizdən təklif var.
“Yagelloniya” da bu futbolçu ilə vidalaşmağa hazırdı. Düzdü, Vasilyev ilk dövrədə 10 qol vuraraq komandasının ən sərrast oyunçusu olub. O, həmçinin Polşa çempionatının bombardirlər yarışında ikinci pilləni tutur. Lakin eston futbolçu ayda 20-30 min avro maaş tələb edir ki, klub bunu ödəməyə hazır deyil. Bu səbəbdən də polşalılar sərfəli təklif olacağı halda onunla vidalaşmağa hazırdı.
Vasilyevə hazırda Azərbaycan və Qazaxıstandan ciddi təkliflərin olduğu deyilir. Lakin həmin klubların adı açıqlanmır.
Qeyd edək ki, Vasilyev “Yagelloniya”ya 2015-ci ildə "Piast"dan keçib. O, 2011-ci ildə Sloveniyanın "Koper" klubundan Rusiya "Amkar"ına 1 milyon avroya transfer edilib.
Fanat.Az