1 milyon avroluq futbolçu Azərbaycanda çıxış edə bilər

1 milyon avroluq futbolçu Azərbaycanda çıxış edə bilər
Xarkov "Metallist"inin sabiq hücumçusu Vladimir Qomenyuk karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az хəbər verir ki, bu barədə Ukrayna mətbuatına futbolçunun özü məlumat verib.
Qomenyuka bildirib ki, bir sıra ölkələrdən təkliflər alıb: "Hazırda menecerim klub axtarışı ilə məşğuldu. Variantlar çoxdu. Ukraynadan başqa Azərbaycan və Qazaxıstan klublarından da təklif var. Necə olacağını görəcəyik".
Qeyd edək ki, Vladimir Qomenyuk 2014-cü ilin yanvarından "Metallist"də çıхış edib (41 oyun, 9 qol). O, əvvəllər Kiyev "Arsenal"ında, "Dnepr"də və "Tavriya"da çıхış edib. "Transfermarkt" ona 1 milyon avro qiymət qoyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər