Avroliqanın 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmasının - “İnter” – “Elfsborq” oyununun biletləri bazar ertəsi satışa çıxarılacaq. Fanat.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, iyulun 24-də 21.00 da baş tutacaq matça baxmaq istəyənlər qiyməti 1 manat olan biletləri “Şəfa” stadionunun kassasından əldə edə biləcəklər.
Onu da qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsinin Moldova "Tiraspol"uyla oyunu üçün satışa 3000 bilet çıxaran "ağ-göylər" bu dəfə 3500 bilet satmağı planlaşdırıb.
Fanat.az