"Özümüzü Bakı səfərinə və avrokuboka kökləyəcəyik" - “Sileks”in müdafiəçisi

"Özümüzü Bakı səfərinə və avrokuboka kökləyəcəyik" - “Sileks”in müdafiəçisi
"Sileks”in müdafiəçisi Xristian Qrozdanoski Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə danışıb. 
 
Fanat.az xəbər verir ki, ölkə mətbuatına danışan müdafiəçi Şimali Makedoniyanın II turunda "Pelister”lə bu gün keçiriləcək ev oyunundan  sonra "Qarabağ”la görüşün hazırlıqlarına başlayacaqlarını bildirib.
 
"Normal çalışırıq və "Qarabağ” barədə düşünmürük. Çempionat matçından sonra özümüzü Bakı səfərinə və avrokuboka kökləyəcəyik. Buna qədər bizi "Pelister” sınağı gözləyir. Rəqib elitaya yüksəldiyi üçün çox həvəslidir. Qarşımızda çətin və qeyri-müəyyən bir matç var. Ancaq biz də hazırıq. "Belasika” ilə oyunda gücümüzü göstərdik. Bunun davamını gətirəcəyimizə inanıram. Qalib gələrək, Çempionlar Liqası matçına yüksək motivasiyada yollanmaq istəyirik”, deyə 27 yaşlı futbolçu deyib.
Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ” – "Sileks” oyunu 20:00-da start götürəcək.
 
Fanat.az
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər