"Zirə" "Qəbələ"yə rəqib oldu

"Zirə" "Qəbələ"yə rəqib oldu

"Zirə" milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilədə yoxlama oyunu keçirəcək. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi martın 27-də "Qəbələ" ilə qarşılaşacaq.

Zirə İdman Kompleksində keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, "Zirə" hazırda Premyer Liqada 35 xalla 3-cü, "Qəbələ" isə 33 xalla 4-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər