"Zirə" - "Qəbələ": məkan və zaman dəyişdi

"Zirə" - "Qəbələ": məkan və zaman dəyişdi

"Zirə" və "Qəbələ" milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən yararlanaraq yoxlama matçında qüvvəsini sınayacaqlar.

Fanat.Az xəbər verir ki, oyun sabah – martın 27-də baş tutacaq. Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Qəbələ” – “Zirə” oyunu saat 16:00-da başlayacaq.

Xatırladaq ki, daha öncə bu matçın martın 27-də Zirə İdman Kompleksində keçiriləcəyi və saat 17:00-da başlayacağı açıqlanmışdı.

“Qəbələ” Premyer Liqada növbəti oyununu aprelin 3-də “Keşlə”yə qarşı keçirəcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq. “Zirə” isə həmin gün “Neftçi”nin qonağı olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər