Özilin "Fənərbağça"da alacağı maaş açıqlandı

Özilin "Fənərbağça"da alacağı maaş açıqlandı
Türkiyənin "Fənərbağça" klubu yeni transferi Mesut Özilin maaşını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərə görə, klub cari mövsüm 33 yaşlı yarımmüdafiəçiyə ödəniş etməyəcək.
Özilin məvacibini sabiq klubu "Arsenal" ödəyəcək. Təcrübəli futbolçu növbəti 3 mövsümün hər birində "Fənərbağça"dan 3 milyon avro maaş alacaq. O, əlavə olaraq, 550 min avronu isə imza üçün əldə edəcək.
Qeyd edək ki, "Fənərbağça" Mesut Özilin imza mərasimini yanvarın 27-də təqdim edəcəyini açıqlayıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər