"Fənərbağça" "Arsenal"ın yarımmüdafiəçisi Mesut Özilə təklif göndərib.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Özil "Fənərbağça"nın təklifinə rədd cavabı verib. 31 yaşlı futbolçu müqaviləsinin sonuna kimi "Arsenal"da oynamaq istəyir.
Özilin "topçular"la olan sözləşməsi 2021-ci ilin yayında başa çatacaq.
Fanat.Az