"Zenit"in braziliyalısı İstanbul nəhənginə təklif olundu

"Zenit"in braziliyalısı İstanbul nəhənginə təklif olundu

"Zenit"in 27 yaşlı müdafiəçisi Rodriqao İstanbul nəhənginə təklif olunub.

Fanat.Az xəbər verir ki, bunu "Sansürsüz Futbol" verilişində jurnalist Hakan Dede deyib.

Mənbə braziliyalı futbolçunun "Fənərbağça"ya təklif olunduğunu söyləyib. 

Rodriqao "Zenit"ə ötən ilin iyulunda "Soçi"dən keçib. Sankt-Peterburq təmsilçisi ilə 3+1 sxemi ilə müqavilə bağlayan "sambaçı" geridə qalan mövsümdə Rusiya Premyer Liqasında 22 matça çıxaraq 1 qol vurub. Rusiya Kubokunda 4 qarşılaşmada forma geyinən cənubi amerikalı ölkən çempionu tituluna sahib çıxıb və Rusiya Superkubokunu qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər