Zəfər Günü öncəsi Bakıya gəlmək istəyən 10 ölkə

Zəfər Günü öncəsi Bakıya gəlmək istəyən 10 ölkə

Bakıda keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirində iştirak üçün müraciət edən ölkələrin sayı 10-a çatıb.

Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Bolqarıstan, Kanada,  Kolumbiya, Çexiya, Danimarka, Böyük Britaniya, Litva, Serbiya, Sloveniya və Venesueladan birlikdə 44 cüdoçunun adı ilkin iştirakçılar siyahısında yer alıb.

Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"si Zəfər Günü öncəsi - 5-7 noyabrda keçiriləcək. Ev sahibi ölkənin hər çəkidə 4 idmançı ilə təmsil olunmaq hüququ var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər