AFFA "Keşlə"nin ianəsini azaldır - ÖZƏL

AFFA "Keşlə"nin ianəsini azaldır - ÖZƏL

"Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov daha komandaya öz cibindən pul xərcləməyəcək.

 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, AFFA-dan ayrılan vəsait klubun hesabına köçürülənə qədər müəyyən maddi xərcləri şəxsən qarşılayan və sonradan geri götürən Zaur bəy bu mövsüm ciddi problemlə üzləşib.
Belə ki, əvvəllər də gecikmələr üzündən maddi ziyana düşən klub idarəçisi cari "futbol ili”ndə xərclədiyi məbləğin bir hissəsini geri ala bilməyib. Sənədlərdə bir qədər fərqli təqdim edilsə də, əsasən AFFA-nın ianəsi hesabına ayaqda qalan Bakı təmsilçisinin büdcəsinin azaldılacağı da dəqiqləşib. Klub bu yay yüksək ödənişli oyunçuların əməkhaqqısını azaltmağa çalışacaq. 2020/21 mövsümündə daha az maaş qarşılığında oynamağa razılaşmayanlarla yollar ayrılacaq.
Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər