Zaqatalada 1 qol, 3 qırmızı vərəqə

Zaqatalada 1 qol, 3 qırmızı vərəqə

Futbol üzrə Azərbaycan I Divizionda XIII turun oyunlarına start verilib.  

Fanat.Az xəbər verir ki, qış fasiləsi ərəfəsində baş tutacaq son turun ilk oyun günündə 3 matç keçirilib. Hər üç görüşdə qol vuran komandalar 3 xalı bayram edib. Mərkəzi oyunda "Keşlə-2"yə qalib gələn MOİK 2-ci pilləyə yüksəlib. "Turan Tovuz" rəqib meydanında "Zirə-2" üzərində inamlı qələbə qazanıb. Son çempion "Neftçi-2" isə "Zaqatala" səfərindən minimal hesablı qalibiyyətlə dönüb. Bu görüşdə hakimin 3 futbolçuya qırmızı vərəqə göstərdiyini də əlavə edək. 

22 dekabr (çərşənbə)

MOİK – “Keşlə-2” 2:0 Qollar: Elvin Nəsibov, 19, Samir Məmmədzadə, 41 Hakimlər: Kamranbəy Rəhimov, Taleh Məmmədov, Şirmamed Mamedov, Rauf Allahverdiyev Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Asif Əliyev Binə qəsəbə stadionu, 14:00

“Zaqatala” – “Neftçi-2” 0:1 Qol: Vüsal Əsgərov, 44 Qırmızı vərəqələr: Roini İsmayılov, 41, Aleksandr Şemonayev, 58 (hər ikisi "Zaqatala"), İnqilab Ələkbərov, 69 (Neftçi-2) Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Teymur Teymurov, Emin Əliyev Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Mübariz Hüseynov Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00 (pfl.az/canlı)

“Zirə-2” – “Turan Tovuz” 0:2 Qollar: Elmin Bayramov, 38, Fərman Əliyev, 85 Hakimlər: Əli Əliyev, Tərlan Talıbzadə, Asiman Əzizli, Cavid Cəlilov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Elgiz Abbasov “ASK Arena”, 15:00 (pfl.az/canlı) Qeyd edək ki, tura bu gün yekun vurulacaq: 23 dekabr (cümə axşamı)

“Sabah-2” – “Kəpəz” Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elmin Süleymanov, Fərid Hacıyev Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Seymur Səlimli “Bank Respublika Arena” (ehtiyat meydança), 14:00 (pfl.az/canlı)

“Qəbələ-2” – “Sumqayıt-2” Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Ruslan Quliyev, Rəvan Həmzəzadə Hakim-inspektor: Feyzulla Fetzullayev AFFA nümayəndəsi: Elman Musayev Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30 (pfl.az/canlı)   “Qaradağ Lökbatan” – “Qarabağ-2” Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elman Kərimov, Elvin Bayramov Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Maşallah Əhmədov Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər