Zaha MLS yolunda - SON DURUM

Zaha MLS yolunda - SON DURUM

"Qalatasaray"ın hücumçusu Vilfred Zaha ABŞ-də davam etdirə bilər.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, onun xidmətində MLS təmsilçisi “Şarlott” maraqlıdır. 

Xəbərə görə, sözügedən klub Zahaya sərfəli təklif göndərib. Qərarı “Qalatasaray”ın verəcəyi bildirilib.

2023-cü ildə “Kristal Pelas”dan ayrılaraq azad agent qismində İstanbul nəhənginə qoşulan Vilfridin "sarı-qırmızılar"la müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.

32 yaşlı futbolçu hazırda “Olimpik Lion”da icarədədir. İcarə müqaviləsinin müddəti yayda başa çatacaq Fil Dişi Sahilindən olan oyunçu özünü Fransada xoşbəxt saymır və bu qış “Qalatasaray”a qayıtmaq istəyir. İstanbul təmsilçisi isə onu satmaqda maraqlıdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər