"Yuventus"un futbolçusu Duqlas Kosta "Los Anceles Qelaksi"yə keçib.
Fanat.Az xəbər verir ki, bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb.
Braziliyalı yarımmüdafiəçi mövsümün sonuna qədər MLS təmsilçisində icarə əsasında çıxış edəcək. 6 aylıq icarədən sonra isə onunla 1,5 illik müqavilə imzalanacaq və futbolçunun transfer hüququ Los Anceles klubunda olacaq.
Qeyd edək ki, Duqlas Kosta 2017-ci ildən "Yuventus"da çıxış edirdi. Braziliya millisinin sabiq üzvü "Şaxtyor" (Donetsk), "Bavariya" və "Qremio"da da oynayıb.