"Yuventus"la "Roma" futbolçularını dəyişdi

"Yuventus"la "Roma" futbolçularını dəyişdi
"Roma"nın müdafiəçisi Luka Pelleqrini karyerasını "Yuventus"da davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 20 yaşlı oyunçu bu gün Turin klubunda tibbi müayinədən keçib. Bu barədə klubun rəsmi saytına məlumat yayıb. Yarımmüdafiəçi ilə yaxın saatlarda rəsmi müqavilə imzalanacaq.
Əvəzində "Yuventus"un yarımmüdafiəçisi Leonardo Spinatsola "Roma"ya keçib. "Roma" bu dəyişikliyə görə qarşı tərəfə Pelleqrini ilə yanaşı, əlavə 10 milyon avro ödəyəcək.
Qeyd edək ki, Luka Pelleqrini ötən mövsümün ikinci dövrəsini icarə əsasında "Kalyari"də keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər