"Yuventus" Ukrayna millisinin üzvünü transfer edir

"Yuventus" Ukrayna millisinin üzvünü transfer edir

İtaliyanın "Yuventus" klubu "Şaxtyor"un və Ukrayna millisinin yarımmüdafiəçisi Georgi Sudakovu transfer etməyə can atır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Mediaset" yayıb.

Mənbənin məlumatına görə, turinlilər 21 yaşlı ukraynalı üçün 10-15 milyon avroluq təklifi nəzərdən keçirir. Klubun alternativ variantı da var - Münhenqladbax "Borussiya"sından Kouadio Kone.

Georgi ilə London “Arsenal”ı, “Benfika”, “Brayton" və “Çelsi” klublarının maraqlandığı da iddia olunur.

Sudakovun "Şaxtyor"la hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. 

O, bu mövsüm 16 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər