Yüksək Liqanın əsas mərhələsi başa çatdı

Yüksək Liqanın əsas mərhələsi başa çatdı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının əsas mərhələsi başa çatıb.

Fanat.Az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan 12-ci turda “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə üz-üzə gəlib. Görüşlərin hər ikisində nominal meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.

Beləliklə, əsas mərhələnin son turundan sonra "Azərreyl" 29 xalla birinci, "Abşeron" 23 xalla ikinci, "Murov" 20 xalla üçüncü olub, hesabında xalı olmayan UNEC isə sonuncu - dördüncü pilləni tutub.

Dörd dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan "Azərreyl" dördüncü yerin sahibi UNEC-lə, ikinci olan "Abşeron" isə üçüncü yeri tutan "Murov"la üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Oyunların keçiriləcəyi tarix və məkan hələlik bəlli deyil.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər