Yüksək Liqanın debütantı daha bir rus voleybolçu transfer etdi

Yüksək Liqanın debütantı daha bir rus voleybolçu transfer etdi

Qadın voleybolçulardan ibarət “Gəncə” komandası heyətinə yeni legioner qatıb.

Fanat.az xəbər verir ki, rusiyalı Anna Dmitrieva transfer edilib.

O, yeni mövsümdə Yüksək Liqada debüt edəcək “Gəncə” ilə birillik müqavilə bağlayıb. A. Dmitrieva ötən mövsümü ölkəsinin “Peterburq-Qaz” komandasında keçirib. O, belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında oynayacaq.

Qeyd edək ki, “Gəncə” mövsümöncəsi Azərbaycan millisinin üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberovanı heyətinə qatıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər