Yüksək Liqada növbəti oyunların vaxtı açıqlandı

Yüksək Liqada növbəti oyunların vaxtı açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib.

Fanat.Az xəbər verir ki, fevralın 16-da Yüksək Liqada 3-cü dövrə çərçivəsində iki matç keçiriləcək.

8-ci turun ilk qarşılaşmasında “Abşeron” komandası “Azərreyl”i sınağa çəkəcək. Bu oyun saat 16:00-da başlayacaq.

Ardınca UNEC - “Murov” oyunu baş tutacaq. Günün son matçına isə saat 18:00-da start veriləcək.

Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər