Yüksək Liqa: "Neftçi" liderliyə yüksəldi

Yüksək Liqa: "Neftçi" liderliyə yüksəldi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura start verilib.

Fanat.Az xəbər verir ki, bu gün bir qarşılaşma keçirilib.

“Murov” “Neftçi” ilə üz-üzə gəlib

“Murov” Voleybol Klubunun idman zalında baş tutan görüş qonaqların 1:3 (29:31, 25:23, 16:25, 20:25) hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 6-ya çatdıran "ağ-qaralar" liderliyə yüksəlib.

Qeyd edək ki, IV turun MOİK – "Sərhədçi" oyunu qonaq komandanın baş məşqçisi Qüdrət Məlikov və voleybolçusu Ramiz Bağırovun koronavirusa yoluxması səbəbindən təxirə salınıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər