Yüksək Liqa: Derbini "Neftçi" qazandı

Yüksək Liqa:  Derbini "Neftçi" qazandı

Bu gün futzal üzrə Yüksək Liqada IX turun iki oyunu keçirilib. 

Fanat.Az xəbər verir ki, "Araz-Naxçıvan"ın Çempionlar Liqasında iştirakı səbəbindən bir oyunu təxirə salınan turun ilk matçında turnir cədvəlinin üst pillələrində yer alan komandalar qarşılaşıb. 

On iki qolun qeydə alınsığı "Baku Fire" - "Neftçi" matçından "ağ-qaralar" qalib ayrılıblar. Beləliklə, Fuad Rzayevin komandası liderliyini möhkəmləndirib. 

Turun digər oyununda debütant orta pillələrdə qərarlaşan “Şuşa”nın qonağı olub. Nominal qonaqlar böyükhesablı qələbə qazana bilib.  Tur çərçivəsində keçirilməli olan “Araz-Naxçıvan” – U-19 görüşü dekabrın 18-nə təyin olunub.   Yüksək Liqa 9-cu tur

Baku Fire – Neftçi İK 4:8 (2:5) 4 dekabr. Olimpik Star.  Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Elgün Hüseynov Hakim-inspektor: Murad Məmmədov. 

Lənkəran – Şuşa 5:12 (2:7) 4 dekabr. Olimpik Star. Hakimlər: İmran Məhərrəmov, Vüsal Balaşov, Nihad Bağırov Hakim-inspektor: Ramiz Əsədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər