Yığmanın hücumçusu "Beşiktaş"da

Yığmanın hücumçusu "Beşiktaş"da

“Beşiktaş” növbəti transferini həyata keçirib. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Xəbərə görə, İstanbul klubu sabiq futbolçusu Cenk Tosunu rənglərinə bağlayıb. 

Bir neçə gün öncə “Everton”dan ayrılan Türkiyə millisinin hücumçusu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2018-ci ilin yanvarında“Beşiktaş”dan “Everton”a keçib. 2019/20 mövsümünün qış fasiləsində “Kristal Pelas”da keçirən Tosun ötən mövsümün qış fasiləsində isə “Beşiktaş”a icarəyə verilib.

Yığmanın hücumçusu "Beşiktaş"da

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər