Yığmamız Qran-Priyə Bakıda hazırlaşır

Yığmamız Qran-Priyə Bakıda hazırlaşır

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız, Bolqarıstan, Gürcüstan və Qazaxıstan yığmalarının sablyaçıları ilə birgə Bakıda təlim-məşq toplanışındadır.

Azərbaycan Qılıncoynatma Federasiyasından Fanat.Az-a verilən məlumata görə, yanvarın 4-ü başlayan hazırlıq prosesi ayın 11-nə kimi davam edəcək.

Milli komandaların üzvləri gündə 2 dəfə Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zalında məşq edirlər. Təlim-məşq toplanışı 13-15 yanvarda Tunisdə keçiriləcək Qran-Pri turnirinə hazırlıq xarakteri daşıyır.

Dünya reytinqində ilk sırada qərarlaşan Anna Başta, ondan əlavə, Səbinə Kərimova, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova Qran-Pridə sablyaçıların şəxsi yarışında qüvvəsini sınayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər