Yığmamız Gürcüstana yollandı

Yığmamız Gürcüstana yollandı

5-9 dekabr tarixlərində Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək 18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan milli komandası bu gün Gürcüstanın Telavi şəhərinə yola düşüb.

Fanat.Az xəbər verir ki, Cəlil Baxtiozinin rəhbərlik etdiyi komandamız Polşa, Ukrayna, Latviya, Estoniya və ev sahibi Gürcüstan kollektivləri ilə üz-üzə gələcək.

Yığmamız ilk matçını dekabrın 5-də Polşa komandasına qarşı keçirəcək. 

Qeyd edək ki, AÇ-2024-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər