Yığmamız AÇ-yə hazırlığın son mərhələsi üçün Maribora yollanır

Yığmamız AÇ-yə hazırlığın son mərhələsi üçün Maribora yollanır

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq planına uyğun olaraq bu gün Bakıdakı təlim-məşqlərini başa vurub.

Fanat.Az xəbər verir ki, Ataman Güneyligilin rəhbərlik etdiyi yığma paytaxtda təşkil olunmuş toplanış çərçivəsində 3 yoxlama oyunu keçirib. Voleybolçular Belarus seçməsi ilə hər üç görüşdə qələbə qazanıblar.

İyulun 28-dən avqustun 6-na kimi davam edən Bakı toplanışının ikinci mərhələsində komanda bu gün son məşqini keçib. Voleybolçular hazırlığın son mərhələsi üçün avqustun 7-də Sloveniyanın Maribor şəhərinə yollanacaqlar və orada bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Avqustun 15-də isə milli birbaşa Avropa çempionatında qrup oyunlarının keçiriləcəyi Almaniyaya yola düşəcək.

Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi avqustun 15-də start götürəcək və sentyabrın 3-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. C qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Almaniya ilə yanaşı, Türiyə, Çexiya, İsveç və Yunanıstan olacaq. Yığmanın oyunları Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.

AÇ-2023-ün C qrupunda yer alan millimizin oyunlarının təqvimi:

18 avqust 22:00. Azərbaycan - Çexiya

19 avqust 22:00. Azərbaycan - Almaniya

20 avqust 22:00. Türkiyə - Azərbaycan

22 avqust 19:00. Azərbaycan - Yunanıstan

23 avqust 22:00. İsveç - Azərbaycan

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər