"Fənərbağça" heyətini milli üzvü ilə gücləndirməyi hədəfləyib.
Fanat.Az "Hürriyet"ə istinadən xəbər verir ki, "sarı bülbüllər" "Renn"in formasını geyinən 22 yaşlı Bertuğ Yıldırımı rənglərinə bağlamaq niyyətindədirlər.
Xəbərə görə, İstanbul nəhəngi gənc hücumçunun transferi üçün Fransa klubuna bonuslar da daxil 6 milyon avro təklif edib.
Qeyd edək ki, "Renn" Yıldırımı 2023-cü ilin avqustunda, 5 milyon avro qarşılığında "Hatayspor"dan alıb.
Nihat