Paytaxtın "Sabah" klubunda istirahət davam edir.
Bu barədə Fanat.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Komandanın planları ilə bağlı saytımıza danışan "Sabah"ın mətbuat katibi Elnur Həmidov hələ ki, transfer məsələsindən yenilik olmadığını bildirib: "Komanda hazırda istirahətdədir. Bu ayın sonunda yığışacaqlar. Qarşıdakı günlərdə yay təlim-məşq toplanışının planı dəqiqləşəcək".
Qeyd edək ki, "Sabah" klubu son mövsümü 5-ci pillədə başa vurub.
Röya