Yeddi cüdoçumuz Portuqaliyada yarışacaq

Yeddi cüdoçumuz Portuqaliyada yarışacaq

Mayın 27-28-də Portuqaliyanın Koimbra şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku yarışı keçiriləcək.

Fanat.Az xəbər verir ki, turnirdə 27 ölkədən 492 idmançı iştirak edəcək. Azərbaycan yarışda üç çəki dərəcəsində 7 cüdoçu ilə təmsil olunacaq.

Turnirdə Bahadır Feyzullayev, Nihad Məmişov (hər ikisi 50 kq), Həsən Həsənli, Murad Fətullayev (hər ikisi 55 kq) və Fərid Qasımzadə, Nicat Süleymanov və Ayxan Mirzəzadə (hər üçü 60 kq) mübarizə aparacaq.

Cüdoçularımıza yeniyetmələrdən ibarət komandanın məşqçisi Emin İskəndərov rəhbərlik edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər