“İnter”ə məğlubiyyətdən sonra qəzəblənərək komandasını kəskin tənqid edən “Roma”nın baş məşqçisi Joze Mourinyu yayda heyəti tamamilə dəyişəcək.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, klub rəhbərliyi portuqaliyalı mütəxəssisə tam dəstəyini bildirib.
Mourinyunun mövsümün sonunda "Roma"dan azı beş futbolçunu göndərəcəyi iddia olunur. Bunlar Cordan Veretu, Rocer İbanez, Matias Vina, Henrik Mxitaryan və Nikolo Zaniolodur.
Paytaxt klubu 39 xalla A Seriyasında yeddinci pillədə qərarlaşıb ki, bu da Çempionlar Liqasında sonuncu pillədə qərarlaşan "Yuventus"dan altı xal azdır.