"Yaxşı komandamız var" - "Sabah"ın yeni transferi

"Yaxşı komandamız var" - "Sabah"ın yeni transferi

"Sabah"ın yeni transferi Şpiro Periçiç paytaxt klubuna keçidi ilə bağlı fikirlərini bildirib. Fanat.Az xəbər verir ki, klubun saytına açıqlama verən xorvatiyalı müdafiəçi bunları deyib:

“Sabah” ailəsinin üzvü olduğuma görə şadam. Bu cür yaxşı təşkilatlanmış klubun üzvü olmaq çox xoşdur. Komandada hamı məni çox isti qarşılaşdı. Buna görə hər kəsə təşəkkür edirəm. İnanıram ki, bu mövsümdə çempionatda yüksək yerlər uğrunda mübarizə aparacağıq. Çünki bizim yaxşı komandamız var”.

Qeyd edək ki, Şpiro Periçiçlə 1 illik müqavilə bağlanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər