Ukrayna yığmasının və İngiltərənin "Vest Hem" klubunun hücumçusu Andrey Yarmolenkonun "Qalatasaray" və ya "Fənərbağça"ya keçidi haqda Tükiyə mətbuatında yazılanlar təsdiqini tapmayıb.
Fanat.Az "Brutalnıy futbol"a istinadən xəbər verir ki, futbolçunun agenti Vadim Şabliy İstanbul nəhənglərinin heç biriylə danışıq aparmadıqlarını bildirib.
Qeyd edək ki, Yarmolenkoya "Qalatasaray"ın illik 2,5, "Fənərbağça"nın isə 3 milyon avro əməkhaqqı verməyə hazır olduğu barədə informasiyalar yayılmışdı.
Nihat