"Vest Hem Yunayted"in və Ukrayna millisinin hücumçusu Andrey Yarmolenkonun "Fənərbağça"ya keçəcəyi ilə bağlı xəbərlər səngimir.
Fanat.Az xəbər verir ki, "Haber365" Yarmolenkonun artıq "Fənər"lə müqavilənin detallarını razılaşdırdığını bildirib.
"Vest Hem"in müqaviləsinin müddəti 2022-ci ilin yayında bitəcək Andreyə görə nə qədər təzminat alacağı isə açıqlanmayıb.
Daha öncə Türkiyə mətbuatında "sarı bülbüllər"in ukraynalı forvarda ildə 3 milyon avro əməkhaqqı ödəməyə hazır olduğu barədə məlumatlar yayılmışdı.
Nihat