Yarımfinalın növbəti oyunlarının vaxtı açıqlandı

Yarımfinalın növbəti oyunlarının vaxtı açıqlandı

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin növbəti oyunlarının vaxtı dəqiqləşib.

Fanat.Az xəbər verir ki, qadınların Yüksək Liqasında ikinci qarşılaşmalar aprelin 5-də keçiriləcək.

Bir gün sonra isə kişi voleybolçuların Yüksək Liqasında ikinci görüşlər baş tutacaq.

Yüksək Liqa (qadınlar) Yarımfinal (2-ci oyun) 5 aprel 16:00. “Murov” - “Abşeron” (CBC sport-canlı) 18:00. UNEC - “Azərreyl”

Yüksək Liqa (kişilər) Yarımfinal (2-ci oyun) 6 aprel 16:00. “Neftçi” - “Xarı bülbül” 18:00. MOİK - “Murov”

Yarımfinalda 1-ci oyunların nəticələri Yüksək Liqa (qadınlar) “Abşeron” - “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25) “Azərreyl” - UNEC 3:0 (25:07, 25:14, 25:17) Yüksək Liqa (kişilər) “Murov” - MOİK 3:0 (25:20, 25:18, 25:14) “Xarı bülbül” - “Neftçi” 3:1 (25:22, 25:17, 21:25, 25:19)

Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Oyunlar Voleybol Mərkəzində keçiriləcək, giriş sərbəstdir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər