“İnStat Football” şirkəti “İnter”in futbolçularının fiziki fəallığı haqqında məlumatları təqdim edib. Fanat.az xəbər verir ki, şirkətin məlumatına görə, Premyer Liqanın dördüncü turunun “Rəvan”-“İnter” oyununda "bankirlər" 119,7 kilometr məsafə qət edib.
Bu matçda bakılıların heyətində ən çox məsafə qət edən beş futbolçu ilə sizi tanış edirik:
№ | Adı | Məsafə |
1 | Matiya Şpiçiç | 12447 m. |
2 | Slavço Georgiyevski | 11791 m. |
3 | Ruslan Əmircanov | 11764 m. |
4 | Vaqif Cavadov | 11244 m. |
5 | Joao Paulo Dantas | 11187 m. |