Xorvat mütəxəssis "Tottenhem"i çalışdırmaqdan imtina etdi

Xorvat mütəxəssis "Tottenhem"i çalışdırmaqdan imtina etdi

Bir neçə gün öncə Antoni Konteni istefaya göndərən "Tottenhem" rəhbərliyi Almaniyanın "Volfsburq" klubuna rəsmi müraciət ünvanlayaraq baş məşqçi Niko Kovaçla danışıq aparmağa icazə istəyib.

Fanat.Az xəbər verir ki, məlumatı "WAZ Online" yayıb.

Xəbərə görə, ingilislərin bu planı baş tutmayıb. Mənbə Kovaçın iş yerini dəyişmək istəmədiyini və danışıqlardan imtina etdiyini vurğulayıb.

Qeyd edək ki, 25 oyuna 38 xal toplayan "Volfsburq" Bundesliqanın turnir cədvəlində 7-ci pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər