“Xarı Bülbül” Çelenc kubokunda ilk sınağına çıxır

“Xarı Bülbül” Çelenc kubokunda ilk sınağına çıxır

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” (Şuşa) klubu avrokubokda mübarizəyə başlayır.

Fanat.Az xəbər verir ki, ölkəmizi Çelenc kubokunda təmsil edəcək komandamız 1/32 final mərhələsində Slovakiyanın “Spartak” (Miyava) kollektivi ilə üz-üzə gələcək.

Tərəflərin qarşılıqlı razılığına əsasən hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 25-dəki qarşılaşmada təmsilçimiz, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq. Hər iki matç GİN-in Voleybol Mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq. Qeyd edək ki, hər iki qarşılaşma CBC Sport televiziya kanalı vasitəsilə yayımlanacaq. 

25 oktyabrda keçiriləcək oyun CBC Sportun "Youtube" kanalı vasitəsilə yayımlanacaq. Oktyabrın 26-da baş tutacaq cavab matçı isə televiziya vasitəsilə canlı yayımlanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər